Rusiyada azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib

Rusiyada azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib

26 İyul 2011 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının verdiyi məlumata görə, bu ölkənin Dzerjinski (Nijeqorod dairəsi) şəhərində yerləşən kafelərdən birində Azərbaycan və Ermənistan əsilli şəxslər arasında insident yaşanıb. Silahlı insident "Starıy Baku" kafesində baş verib.

Məlumata görə, kafedə azərbaycanlı şəxslər əyləşən zaman obyektə ermənilər daxil olublar. Bu zaman iki tərəf arasında mübahisə yaranıb. Gələn ermənilərdən biri mübahisə zəminində ov silahından 3 dəfə atəş açıb. Atəş nəticəsində iki nəfər sol əlindən yaralanıb. Digər bir nəfərin isə aşağı ətrafının yumşaq toxuması zədələnib. Şübhəli şəxs hadisə yerindən qaçaraq uzaqlaşa bilib. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər. (Jemçuynikov, yazıçı)

Tofiq Əliyev

O.M.