“Azərsu” vətəndaşları fırıldaqçı su müfəttişlərinə pul verməməyə çağırır

“Azərsu” vətəndaşları fırıldaqçı su müfəttişlərinə pul verməməyə çağırır

26 İyul 2011 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu"dan "APA-ECONOMICS"ə verilən məlumata görə, vaxtilə "Azərsu" ASC-də işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadır, buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər: "Nəticədə vətəndaşların fırıldaqçılara ödədiyi pul onların hesabına oturmur və gələcəkdə "Azərsu" ASC ilə abunəçilər arasında mübahisələrə səbəb ola bilər".

Belə xoşagəlməz halların baş verməməsi üçün "Azərsu" ASC abunəçiləri nəzarətçilərə nağd pul ödəməməyə, nəzarətçilərdən xidməti vəsiqələrini tələb etməyə, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmamağa çağırır. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və digər qanunazidd hərəkətlərə yol verdikdə, dərhal yerli Sukanal Sahələrini məlumatlandırmaq lazımdır.

Bundan başqa, Bakının ayrı-ayrı rayonlarında yaşayan abunəçilər su sayğaclarının quraşdırılması müqabilində onlardan 30-40 manat pul istənilməsindən şikayət edirlər. "Azərsu" ASC abunəçilərin nəzərinə çatdırır ki, əhali istehlakçı qrupu üzrə texniki şərtin verilməsi və sayğacların quraşdırılması pulsuzdur. ASC abunəçilərdən heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməyi, ödənişləri poçt və bank şöbələrində aparmağı xahiş edir.

Gizli yolla xalqın cibinə girənlər.

Tofiq Əliyev

O.M.