Azərbaycanlı tələbə Türkiyədə vəfat etdi

Azərbaycanlı tələbə Türkiyədə vəfat etdi

3 Dekabr 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbə orada vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Türkiyədə "İstanbul Kəmərburqaz Universiteti"ndə təhsil alan 1991-ci il təvəllüdlü Kənan Nəsibov bu gün səhər saatlarında vəfat edib. Onun zəhərlənmədən öldüyü bildirilir.

Kənan Nəsibov Azərbaycanda "Sektor 11" fan-klubunun təsisçilərindən biri olub.

Mediainfo.az