Prorektorun oğlu komadadır...

Prorektorun oğlu komadadır...

3 Dekabr 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun oğlu komaya düşüb.

Bu barədə E.Aslanov özü facebook səhifəsində yazıb. Prorektor qeyd edib ki, oğlu Ercanı maşın vurub:

"O, 7 gündür ki, komadadır. Dünən axşam Ercanı ziyarət etdik, əvvəlki kimi yatır. Həkimlər səbrli olmağı, gözləməyi tövsiyə edir. Bu vəziyyət 3 həftəyədək davam edə bilər. Gördüklərim onun bizə dönəcəyinə inamıтı daha da artırdı. Dualarınızı əsirgəməyin..." (Trend)

Mediainfo.az