Bu gün müəllimlərin ilk imtahanıdır

Bu gün müəllimlərin ilk imtahanıdır

26 İyul 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan keçirilir. İlk imtahan ibtidai sinif müəllimliyi üzrə olacaq. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, imtahan səhər saat 09:00-dan axşam saat 18:00-a qədər davam edəcək. İmtahanlar nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. İmtahanlar kompüter vasitəsilə aparılır. Hər bir müəllim 1 saat ərzində imtahan verəcək. Saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Müəllimlərin imtahanları iyulun 30-na qədər davam edəcək. İmtahanların nəticələri iyulun 31-də açıqlanacaq. Xatırladaq ki, hazırda ölkədə ibtidai sinif müəllimliyi ixtisası üzrə 110 vakant yer var. Vakant yerlərdən 23-ü Bakı, 87-si isə digər şəhər və rayonlar üzrədir. Müəllimlərin işə qəbulu ilə bağlı elan edilən ixtisaslar üzrə vakant yerlərə elektron ərizə verənlərin çoxu ibtidai sinif müəllimliyinə üstünlük verib. Bu ixtisas üzrə vakant yerlərə 1834 nəfər ərizə ilə müraciət edib. Bu il ümumilikdə işə qəbul üçün 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.

Həmişə müəllimlər imtahana çəkir, bu dəfə isə müəllimləri imtahana çəkirlər.

Tofiq Əliyev

O.M.