Türkiyədə zəlzələ
Türkiyənin Mərmərə dənizi hövzəsində yerli vaxtla saat 20.57-də 5.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. İstanbul, Ədirnə və Kırklarelində də hiss edilən zəlzələnin episentri Mərmərə dənizinin 8.4 km dərinliyi olub. Qeyd edək ki, bu zəlzələdən 20 dəqiqə sonra Mərmərə dənizində 2.7 bal gücündə növbəti zəlzələ baş verib. Hər iki zəlzələ nəticəsində də dağıntı və insan tələfatı qeydə alınmayıb.
Zəlzələ bu dəfə vəlvələsiz ötüşdü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər