NATO-ya məxsus helikopter vuruldu

NATO-ya məxsus helikopter vuruldu

26 İyul 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın şərqindəki Kunar əyalətinin Manuqay mahalında NATO-ya məxsus Chinook helikopteri vurulub. Bu barədə mahalın başçısı Nurulla Xan məlumat verib. Onun sözlərinə görə, ikinci NATO helikopteri cavab olaraq yerə raket zərbəsi endirib. Nəticədə "Taliban"ın iki məşhur səhra komandiri - Məhəmməd Həbibi və Məhəmməd Nəbi həlak olublar. Öz növbəsində taliblərin mətbuat katibi Zəbiulla Mücahid helikopterin vurulması nəticəsində bir neçə amerikalı hərbçinin öldüyünü bildirib.

Dünya siyasəti şahmata bənzəyir. Böyük oyunda daha çox piyadalar məhv olur.

Tofiq Əliyev

O.M.