Ordumuzun əsgəri dünyasını dəyişib

Ordumuzun əsgəri dünyasını dəyişib

25 İyul 2011 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 24-də Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində bədbəxt hadisə baş verib. Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü

Hüseynov Fərrux Mədət oğlu vəfat edib. Mərhumun xəstəlikdən vəfat etdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya əsgərin ölümü faktını təsdiqləyib və bildirib ki, ölümün səbəbləri araşdırılır.

Tofiq Əliyev

O.M.