Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb

25 İyul 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çukotka bölgəsində "Mi-8" helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin göyərtəsində olan 5 nəfərdən 3-ü həlak olub. Ölənlərdən ikisi sərnişin, biri isə bort mexaniki olub. Ekipaj komandiri və ikinci pilot sağ qalıb, lakin ağır yaralanıblar. Helikopter Billinqs qəsəbəsində eniş edərkən qəzaya uğradıqdan sonra yanğın baş verib. Helikopter tamamilə yanıb. Hazırda yanğın söndürülüb. Hadisə yerində Çukotka prokurorluğunun əməkdaşları və polislər işləyir. Qəzanın baş verməsinə səbəb kimi mühərrikin imtina etməsi göstərilir.

Mühərrikin imtina etməsi iki nəfəri həyatdan etdi.

Tofiq Əliyev

O.M.