Madriddə işsizliyə qarşı kütləvi nümayiş

Madriddə işsizliyə qarşı kütləvi nümayiş

25 İyul 2011 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Madriddə işsizliyə qarşı kütləvi nümayiş keçirilib. Nümayişdə İspaniyanın 30 şəhərindən gəlmiş 1000-dən çox adam iştirak edib. Aksiya iştirakçıları yeni iş yerlərinin açılması ilə yanaşı, iqtisadi böhranın aradan qaldırılması üçün tədbirlərin görülməsini də tələb ediblər. Şəhər mərkəzində "Qəzəblilərin yürüşü" keçirilib. Yürüş edənlər İspaniya hökumətinin iqtisadi siyasətinin əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, İspaniyada işsizlik səviyyəsi artıq 21 faizə çatıb, bu isə digər Avropa ölkələri ilə müqayisədə ən yüksək göstəricidir.

İşsiz xalq İspaniya hökumətinin başına iş açdı.

Tofiq Əliyev

O.M.