Bakı Metropolitenində bir nəfər qatarın altına düşüb

Bakı Metropolitenində bir nəfər qatarın altına düşüb

25 İyul 2011 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 10:00 radələrində Bakı Metropoliteninin "Nizami" stansiyasında bədbəxt hadisə baş verib. Bir nəfər qatarın altına düşüb. Hadisə yerinə təcilli tibbi yardım maşını cəlb edilib. Baş vermiş hadisə ilə bağlı metropolitenin "Dərnəgül"-"Həzi Aslanov" xəttində qatarların hərəkətində fasilə yaranıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, qatarın altına düşən şəxs 50-55 yaşlı qadındır. Onun adı Məhbubə Paşayevadır. O 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qadının intihar etdiyi və ya relsin üzərinə təsadüfən düşdüyü dəqiq bəlli deyil.

Ölümün üstünə getsə də, ölüm ondan yan qaçdı.

Tofiq Əliyev

O.M.