Ağır yol qəzasında bir nəfər ölüb

Ağır yol qəzasında bir nəfər ölüb

25 İyul 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 133-cü kilometrliyində, Zaqatala rayonu Qazangül qəsəbəsi kəndi ərazisində ağır yol qəzası qeydə alınıb. 1950-ci il təvəllüdlü Qax rayonu Qaxbaş kənd sakini Qatilaşvili Nikolay Giorgiyeviç özünə məxsus olan və Gürcüstan nömrə nişanlı "Opel-Astra" markalı avtomobillə Yevlax istiqamətində hərəkət edərkən yolun kənarındakı ağaca çırpılıb. Ağır bədən xəsarətləri alan N. Qatilaşvili Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.