Bu günün havasından xəbəriniz olsun

Bu günün havasından xəbəriniz olsun

25 İyul 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.

Temperatur gecə 17-22°, gündüz 33-38° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəyrayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 13-18°, gündüz 27-32° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 35-39° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazrayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 22-27°, gündüz 35-40° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 23-28°, gündüz 34-39° isti, dağlarda gecə 17-22° isti, gündüz 28-33° isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırıq.

Günel Həbib

O.M.