Samuxda dəhşətli qəza: 2 ölü, 2 yaralı

Samuxda dəhşətli qəza: 2 ölü, 2 yaralı

20 Noyabr 2015 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Gəncə şəhər sakini Mehman İbrahimov idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə M.İbrahimov və sərnişinlərindən Gəncə şəhər sakini Xatirə Kərimova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az