30 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib

30 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib

25 İyul 2011 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Azərbaycanda 30 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Bu barədə APA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2011-ci ilin yanvar ayının 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlarla bağlı yanvarın 27-dən fevralın 2-dək Bakı, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt və Şirvan şəhərlərində respublika üzrə DYP qurumlarının tam tərkibdə heyəti ilə zona müşavirələri keçirilib, dövlət rəhbərinin tələbləri şəxsi heyətə çatdırılıb, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan bir daha tələb olunub. Bu ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı korrupsiya hüquqpozmalarına və xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 30 əməkdaş Daxili İşlər Orqanlarında xidmətdən xaric olunub, 16 nəfər isə tutduğu vəzifədən azad edilib.

Qanunu pozan qanun keşikçiləri.

Tofiq Əliyev

O.M.