Lənkəran şəhərində zibil yeşikləri vaxtlı-vaxtında boşaldırmır - FOTO

Lənkəran şəhərində zibil yeşikləri vaxtlı-vaxtında boşaldırmır - FOTO

20 Noyabr 2015 12:55
Bəyəndim (0) Bəyənmədim (0)
Market sahibi: "Pulu vaxtında veririk, amma..."

Lənkəran Şəhər Kommunal Xidməti üzərinə düşən vəzifəni doğru-dürüst yerinə yetirmir deyə, şəhərdəki zibil yeşiklərindəki zibillər aşıb-daşmaqdadır. Bu da əlbəttə ki, əhali arasında narahatçılıq doğurur. Natəmizlik barədə lazımi orqan rəhbərliyinə dəfələrlə şikayət edilməsinə baxmayaraq, zibil yeşikləri boşaldırmır.

Redaksiyamızla əlaqə saxlayan sakinlıərdən biri dərdini bu cür anladır:

"Ayda iki market üçün 60 AZN ödəyirəm. Pulu alırlar, lakin zibili atmırlar. Mağazalarımız Bakı-Astara şosesində - Lənkəran şəhərinin 203 km-də yerləşir. Yoldan Lənkəran şəhərinə məxsus aeroporta da get-gəliş var. Biabırçılıqdır", - deyən market sahibi Mirsədi Miriyev saytımız vasitəsilə üzləşdiyi problemləri lazımi orqanlara çatdırmaq istəyir.

Ümidvarıq, Lənkəran Şəhər Kommunal Xidmətinin rəhbərliyi tez bir zamanda əhalini narahat edən problemi aradan qaldıracaq. Əks təqdirdə, özü "zibil"ə düşəcək.

Mediainfo.az