Narkotik alverçisinə 11 il iş kəsildi

Narkotik alverçisinə 11 il iş kəsildi

19 Noyabr 2015 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1984-cü il təvəllüdlü Rasim Qarayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Qarayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qarayev həbs edilib. Rasim Qarayevdən 9,715 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 15 qram heroin aşkar edilərək götürülüb.

Mediainfo.az