İki piyada qəzada öldü

İki piyada qəzada öldü

19 Noyabr 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dəhşətli yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsi xəbər verir ki, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də araşdırmalar aparılır.

Mediainfo.az