Azadlıq prospektində yol qəzası

Azadlıq prospektində yol qəzası

25 İyul 2011 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə Hənifə Ələsgərov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı İlkin Oruclunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla, Bəhruz Abdulaliyevin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Hadisədən sonra "Mercedes"də olan sərnişinlərə yardım göstərilməsi üçün əraziyə təcili tibbi yardım briqadaları cəlb edildi. Qəza zamanı xəsarət alan şəxslərə hadisə yerində ilkin yardım göstərildi. Daha sonra yaralılar təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində daxil olan hər iki yaralının vəziyyəti hazırda stabildir. Hadisədən sonra qəzanın baş vermə səbəblərini araşdırmaq üçün əraziyə Nəsimi rayon polis idarəsi və 20-ci polis bölməsinin əməkdaşları cəlb edilib. İlkin ehtimallara görə, qəzaya səbəb avtomaşınlardan birinin işıqforun qırmızı işığının tələbinə riayət etməməsi olub.

İşıqforun tələblərinə riayət etməmək həyatı zülmət qaranlığa çevirə bilər.

Tofiq Əliyev

O.M.