
Qobustanda zəncirvarı qəza
Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 84-cü kilometrliyində, Qobustan rayonu ərazisində avtomobil qəzası qeydə alınıb. Sumqayıtda məskunlaşmış Kəlbəcər sakini, 1967-ci il təvəllüdlü Nuriyev Saleh Bəhmən oğlunun idarə etdiyi 90 GO 204 dövlət nömrə nişanlı, "Chevrolet NİVA" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəflətən qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxaraq, Bakının Hövsan qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü Muxtarov İlham Cankişi oğlunun idarə etdiyi 90 KM 269 dövlət nömrə nişanlı, "Hyundai HD65" markalı yük maşınına, sonra isə Bakıda məskunlaşmış Laçın sakini, 1967-ci il təvəllüdlü Həsənov Famil Kamran oğlunun idarə etdiyi 90 EM 916 dövlət nömrə nişanlı, "Mercedes-190" markalı maşınla toqquşub. Sonda yoldan çıxaraq aşan "Chevrolet NİVA"nın sürücüsü Saleh Nuriyev hadisə yerində dünyasını dəyişib. Digər avtomobillərdə isə xəsarət alan olmayıb.
Zəncirvarı qəza bir nəfərin ömür zəncirini qırdı.
Tofiq Əliyev
O.M.