Fransada atışma baş verib: 5 polis yaralanıb - FOTO

Fransada atışma baş verib: 5 polis yaralanıb - FOTO

18 Noyabr 2015 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri paytaxt Parisin həndəvərində əməliyyat keçiriblər.

milli.az "Liberation"a istinadən bildirir ki, əməliyyat noyabrın 14-də Parisdə törədilmiş 7 terror aktı ilə bağlıdır.

Sen-Deni səmtinin Seym Sen-Deni məhəlləsində də polis 4 nəfər şübhəli şəxsi saxlamaq istəyəndə onlar silaha əl atıblar. Atışma baş verib.

Atışmada 5 polis zabiti yaralanıb. Hadisə yerinə təcili yardım avtomobilləri göndərilib.

Mediainfo.az