Bakı-Qazax yolunda ağır yol qəzası

Bakı-Qazax yolunda ağır yol qəzası

25 İyul 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Məhərrəmov Zaur Faiq oğlunun idarə etdiyi "Mercedes-190" markalı, 10 XJ 387 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Zərdab rayon sakinləri, 1959-cu il təvəllüdlü İsmayılova Məleykə Zahid qızı və 1952-ci il təvəllüdlü Əhmədova Qətibə Ərəstun qızı hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Avtomobilin yoldan çıxması 2 nəfərin həyatını sıradan çıxardı.

Tofiq Əliyev

O.M.