Bu ölkədə körpələr asılır, bıçaqlanır, yandırılır

Bu ölkədə körpələr asılır, bıçaqlanır, yandırılır

25 İyul 2011 10:25
Bəyəndim (0) Bəyənmədim (0)
İnsanlığın faciəsi məhz budur!

Pakistanın ən böyük şəhəri olan Karaçidəki morqda hər biri kiçik un çuvalı böyüklüyündə olan cəsədlər yan-yana düzülüblər. Kiçik çuvalların içinə yerləşdirilmiş uşaqlar Pakistanın ən böyük faciələrindən birinin qurbanıdırlar: yeni doğulmuşların öldürülməsi və atılması! Pakistanın ən böyük yardım dərnəklərindən biri olan "Edhi"nin rəhbəri Ənvər Kazmi, "Bəzən uşaqları asırlar, bıçaqlayırlar və ya yandırırlar", - deyə açıqlama verib. Ötən il ölkədə zibilliyə atılan uşaqların sayı 1200 idisə, bu il bu rəqəm xeyli artıb. Səbəb? Səbəb isə Pakistanda nikahdan kənar doğulan uşaqların qanuni hesab edilməməsi, mentalitetə uymaması, adət-ənənəyə ayaq uydurmamasıdır. Ayrıca, statistika hər 10 qız uşağından 9-nun öldürüldüyünü göstərir. Çünki qız uşaqları karyera qura bilmirlər və onları böyüdüb boya-başa çatdırmaq xeyli vəsait tələb edir.

Ölü olaraq tapılan balacalar sadəcə bir neçə günlükdürlər. Onların cəsədlərini Karaçinin zibilliklərindən asanlıqla əldə etmək olar. Təxminlərə görə, yüzlərlə cəsəd aşkarlanmadan itib-batır.

Dərnək rəhbəri 83 yaşlı Əbdülsəttar Edhi bütün bunlardan dövləti məsul tutur. Uşaqlara yardım dərnəyi olan "Plan İndia" isə bildirib ki, qız uşaqları bu ölkədə sadəcə bir maldır. Hansı ki, başqa birinə qismət olacaq, üstəlik, onun cehizi də verilməlidir. Bu da öldürülmələrinin ən başlıca səbəbidir. Dərnək ailələrin qəbul etmədiyi uşaqları himayəsinə götürərək, təhsil verməyə və ya yeni ailələrə təslim etməyə çalışır.

Uşaqlar Allahın valideynlərə əmanətidir. Əmanətə xəyanət etmək Allaha asi çıxmaq deməkdir. Lənət şeytana!

Günel Həbib

O.M.