Qazaxıstan səfiri BDU-da - Foto

Qazaxıstan səfiri BDU-da - Foto

16 Noyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, BDU haqqında danışan rektor onun beynəlxalq əlaqələrindən bəhs edib edib. Eyni zamanda, Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqdan, Bakı Dövlət Universitetində görkəmli qazax yazıçısı və filosofu Abay Kunanbayev adına Mərkəzin fəaliyyətindən də danışıb.

Səfir Beybit İsabayev, öz növbəsində, xalqlarımız arasındakı qardaş və dostluq əlaqələrindən, təhsil və elm sahəsində əlaqələrin uğurlu inkişafından danışıb. O, bu il Qazax xanlığının 550 illik yubileyi olduğunu və bu münasibətlə elmi məqalələrdən ibarət kitab kolleksiyasının nəşrinin nəzərdə tutulduğunu, Abay Kunanbayevin isə 170 illik yubileyinin qeyd ediləcəyini söyləyib.

Sonda Bakı Dövlət Universitetində Qazax xanlığının 550, A.Kunanbayevin 170 illik yubileyi münasibətilə elmi konfransın və adıçəkilən kitabın təqdimat mərasiminin keçirilməsi barədə razılıq əldə edilib.

Mediainfo.az