Britaniya hökuməti: Misirdəki Rusiya təyyarəsi bomba partlayışı səbəbindən qəzaya uğrayıb

Britaniya hökuməti: Misirdəki Rusiya təyyarəsi bomba partlayışı səbəbindən qəzaya uğrayıb

16 Noyabr 2015 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Koqalımavia" şirkətinə məxsus "Airbus A321" təyyarəsinin qəzasına səbəb terror aktıdır və böyük ehtimal ki, bu, İŞİD qruplaşması tərəfindən törədilib".

Bu barədə Böyük Britaniya hökumətinin yaydığı press-relizdə deyilir. Bildirilir ki, Britaniya hökuməti 2 həftə əvvəl Misirdə "Koqalımavia" şirkətinə məxsus təyyarənin qəzaya uğraması səbəbindən aviasiya təhlükəsizliyi ilə bağlı yanaşmasını dəyişməyi planlaşdırır: "Belə ki, biz hesab edirik ki, təyyarə bombanın partlaması səbəbindən qəzaya uğrayıb və böyük ehtimal ki, bu hadisənin arxasında İŞİD qruplaşması durur".

Parisdə baş verən terror aktından sonra terrorizmlə mübarizə üçün Böyük Britaniya hökuməti xüsusi xidmət orqanlarının maliyyələşdirilməsini və ştat sayını 15 faiz artırmağı da nəzərdə tutur.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

Mediainfo.az