Batmış gəmi qurudulur

Batmış gəmi qurudulur

23 İyul 2011 19:10
816
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 10-da Tatarıstanda Kuybışevsk su anbarında batmış "Bulqariya" gəmisi suyun üzərinə çıxarılıb. Yaxın saatlarda mütəxəssislər gəmidən suyu nasosla çəkməyə başlayacaqlar. Bundan sonra gəmi qaldırılaraq doka aparılacaq və qurudulacaq.

Gəminin batmasının əsas səbəbi yalnız əməliyyat başa çatdıqdan 1 həftə sonra məlum olacaq. Bunu Rusiya nəqliyyat nazirinin müavini və "Bulqariya"nın qaldırılması üzrə qərargah rəisi Viktor Olerski bildirib. İtkin düşən və meyitləri gəminin altında ola biləcəyi ehtimal edilən 8 nəfər isə orada tapılmayıb. Axtarışlar davam edir.

Həmişəki kimi sudan quru çıxanlar çox olacaq...

Könül Aypara

O.M.