Bu gün Ağdamın işğalından 18 il ötür...

Bu gün Ağdamın işğalından 18 il ötür...

23 İyul 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

1993-cü il iyulun 23-də erməni qüvvələri tərəfindən Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.

Bu gün - Ağdamın işğalının 18-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin və rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Qarabağ Azadlıq Təşkilatının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov "Əbədi məşəl" kompleksinə əklil qoyub. N. Sadıqov jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyevin başçılığı ilə aparılan danışıqlar nəticəsində ədalətin bərpasına nail olunacağına ümid edir.

Qarabağ məsələsinin həlli labirintə oxşayır - ilk baxışdan çıxış yolları çox görünür, lakin yeganə düzgün yol müharibədən keçir...

Könül Aypara

O.M.