Van ilə İrəvan arasında birbaşa aviasiya əlaqəsi yaradılacaq

Van ilə İrəvan arasında birbaşa aviasiya əlaqəsi yaradılacaq

22 İyul 2011 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Van şəhərindən Ermənistanın paytaxtı İrəvana birinci birbaşa təyyarə reysinin sentyabrın 11-də gerçəkləşdirilməsi gözlənilir. Bu barədə TÜRSAB-ın (Türkiyə Səyahət Agentlikləri Birliyi) Van filialının rəhbəri Abdulla Tunçdəmir deyib. Van-İrəvan aviareysinin açılması ideyasının müəllifi olan A. Tunçdəmir hazırda erməni tərəfi ilə birlikdə bu proqramın reallaşdırılması üzərində iş aparıldığını bildirib. O qeyd edib ki, bu işlər USAİD-in Ermənistanda həyata keçirdiyi "Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına yardım" layihəsi çərçivəsində həyata keçirilir. Qeyd edək ki, Vanda fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti hazırda İrəvanda səfərdədir.

Qurdun qonaqlığına get, köpəyi də özünlə apar.

Tofiq Əliyev

O.M.