Milli Qəhrəman Mübariz İbrahimov və bir çox şəhidlər anılıb - FOTO

Milli Qəhrəman Mübariz İbrahimov və bir çox şəhidlər anılıb - FOTO

9 Noyabr 2015 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Bayrağı Günü ilə bağlı MN-nin rəhbərliyi və DİN Daxili Qoşunların Komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub. Şəhidlərin ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

İlk olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı önünə gətirilən əklillər və gül dəstələrini MN adından general-mayor Rasim Əliyev və Daxili Qoşunlar Komandanlığı adından isə general-mayor Şirin Xəlilov qoyub. Sonra Azərbaycanın azadlığı uğrunda şəhid olan digər şəhidlərin də xatirələri yad edilib və məzarları üstünə gül dəstələri qoyulub. (apa)

Mediainfo.az