İkimərtəbəli sərnişin avtobusu yanıb kül oldu

İkimərtəbəli sərnişin avtobusu yanıb kül oldu

22 İyul 2011 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Henan əyalətində dəhşətli yanğın hadisəsi baş verib. Magistral yolda ikimərtəbəli sərnişin avtobusu yanaraq külə dönüb. Avtobusda olan 47 nəfərdən 41-i ölüb. Sürücü də daxil olmaqla, 6 nəfər xəsarət almadan xilas ola bilib. Yataq yerləri olan avtobus 35 nəfər üçün nəzərdə tutulurmuş. Yanğının başvermə səbəbi araşdırılır.

Yanğınla nəticələnən qəza hələ çox adamı yandıracaq.

Tofiq Əliyev

O.M.