Daha bir sahibkara maliyyə sanksiyası

Daha bir sahibkara maliyyə sanksiyası

22 İyul 2011 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 2 ünvanında Emin Hacıyevə məxsus sexdə aparılan yoxlama zamanı "Tərxun" və "Duşes" sərinləşdirici içkilərinin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunması faktları aşkar edilib. Bu səbəbdən sahibkar barəsində Xidmət tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Emin Hacıyevə 1,1 min manat maliyyə sanksiyası tətbiq edilib

Ürəkləri sərinlədib sağlamlığımızı korlayan içkilər.

Tofiq Əliyev

O.M.