Azərbaycanlı təyyarədə təcavüzdə ittiham olundu

Azərbaycanlı təyyarədə təcavüzdə ittiham olundu

6 Noyabr 2015 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyadan Türkiyəyə uçan təyyarədə Azərbaycan əsilli oğlan yanında əyləşən qıza təcavüzə cəhd etməkdə ittiham olunaraq saxlanılıb.

Türkiyə mətbuatın xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib. Antalyaya nənəsinin yanına gedən qız - 14 yaşlı M.D stüardessanın yanına gedərək yanındakı sərnişindən - 24 yaşlı Orxandan şikayət edib. O, oğlanın əli ilə ona qarşı seksual xarakterli hərəkətlər edərək dodağından öpdüyünü deyib.

Orxan ittihamları qəbul etməyib. Pilot isə təyyarəni Antalya hava limanına endirib. Limanda gözləyən polis Orxanı saxlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mediainfo.az