Avtomobildən pul oğurlayanlar tutuldu

Avtomobildən pul oğurlayanlar tutuldu

6 Noyabr 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda qadının avtomobilindən oğurluq edənlər yaxalanıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar.

Onlar oktyabrın 30-da Leyla Həsənovaya məxsus "KİA" markalı avtomobildən içərisində 300 manat, sənəd və kosmetik əşyalar olan çantanı oğurlayıblar.

Mediainfo.az