Dindarın azadlığa buraxılmasını tələb edənlərin məhkəməsi başlayacaq - FOTO

Dindarın azadlığa buraxılmasını tələb edənlərin məhkəməsi başlayacaq - FOTO

6 Noyabr 2015 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq.

Bu barədə Sabunçu RPİ-dən məlumat verilib.

"Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq", - idarədən bildirilib.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. "Müsəlman birliyi hərəkatı" adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb. (report)

Mediainfo.az