Bir neçə rayonun polis rəisi dəyişdirilib

Bir neçə rayonun polis rəisi dəyişdirilib

22 İyul 2011 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb. Nazirin digər əmri ilə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Cəbrayıl Vəliyev Saatlı rayonuna polis rəisi təyin edilib. A. Xəlilovun sərəncamda olduğu bildirilir. R. Usubovun daha bir əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Vaqif Müslümov İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. İmişlinin polis rəisi Hüseynəli Məlikov isə bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Toplananların yerini dəyişəndə cəm dəyişmir.

Tofiq Əliyev

O.M.