Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşına hökm oxundu

Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşına hökm oxundu

5 Noyabr 2015 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının ökmü ilə M.Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mobil Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, Baş Mühafizə İdarəsinin (BMİ) keçmiş əməkdaşı olub. M.Süleymanov Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq, onlardan ümumilikdə 14 min manat pul alıb. Təqsirləndirilən şəxs Q.Əliyev və A.Zeynalovanın oğlunu BMİ-nə işə düzəldəcəyinə söz versə də, bu vədini yerinə yetirməyib.

Məhkəmə zamanı təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı tam ödəyib.

Mediainfo.az