Evlənmək istəyən 45 nəfərdə İİV aşkarlandı

Evlənmək istəyən 45 nəfərdə İİV aşkarlandı

4 Noyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Nikaha daxil olmaq istəyən 63 800 nəfərin 4213-nin talassemiya daşıyıcısı olması üzə çıxıb".

Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Z. Əlimirzəyevanın sözlərinə görə, cari ilin son 5 ayı ərzində ( iyunun 1-dən bu günə kimi) ümumilikdə nikaha daxil olmaq istəyən 63800 nəfər tibbi müayinədən keçib: " Həmin şəxslərdən 4213 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Müayinə zamanı 32 cütlükdə, cütlüklərin hər ikisində talassemiya olduğu məlum olub".

Z.Əlimirzəyeva onu da qeyd edib ki, müayinədən keçən şəxslərdən 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə siflis qeydə alınıb.

İnfeksiya aşkarlanmış şəxslərin yenidən müayinəsinin vacibliyini vurğulayan Z. Əlimirzəyeva deyib ki, onlar barəsində məlumat QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib.

Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.

Mediainfo.az