Noyabrın 12-də Məhərrəm ayı bitir

Noyabrın 12-də Məhərrəm ayı bitir

4 Noyabr 2015 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Məhərrəm ayının sonuncu günü Miladi təqvimlə noyabrın 12-nə təsadüf edir.

Bu barədə "Report" Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi vaxt cədvəlləri əsasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən xəbər verir.

Hicri-qəməri təqvimi ilə səfər ayının 1-i noyabrın 13-nə təsadüf edir.

Səfər ayının 20-si, yəni dekabrın 2-si ərbəin (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) günüdür.

Səfər ayının sonuncu günü dekabrın 12-nə təsadüf edir.

Mediainfo.az