Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib

Səməd Seyidov AŞPA-da Konservatorlar Partiyasının sədri seçilib

4 Noyabr 2015 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri təyin edilib.

Qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib və o, Avropa Şurasının Avropa Konservatorlar Partiyasının sədri vəzifəsindən geri çağırılıb. Beləliklə, Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Seyidov yanvarın 25-dək AŞ-nın ən mühüm qurumlarında – prezident komitəsində, büro iclaslarında AŞ-nı təmsil edəcək və 5 partiyanın sədrləri ilə birgə AŞ siyasətini formalaşdıranlardan biri olacaq.

Qeyd edək ki, AŞ Parlament Assambleyasının siyasi bürosunda siyasi partiyaların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.

Mediainfo.az