Polisin saxladığı şəxs dünyasını dəyişib

Polisin saxladığı şəxs dünyasını dəyişib

3 Noyabr 2015 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda polis tərəfindən saxlanılan şəxs dünyasını dəyişib.

Məlumata görə, hadisə ötən gün qeydə alınıb. Ağır yol qəzası törətməkdə təqsirli bilinərək Binəqədi rayon Polis İdarəsində saxlanılan, 1969-cu il təvəllüdlü Füzuli Mahal oğlu Əhmədovun vəziyyəti qəfildən pisləşib. Təcilli xəstəxanaya aparılan F. Əhmədov həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

İlkin məlumata görə, ölümə yüksək təzyiq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az