2-3 günə hava sərinləşəcək

2-3 günə hava sərinləşəcək

22 İyul 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah da Azərbaycanın əksər ərazilərində havanın temperaturu 40 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlə müqayisədə 2-3 dərəcə aşağı enəcəyi gözlənilir.

Pulunuz varsa, istirahət etməyə yollanın. Yoxdursa, mənim kimi başınızı aşağı salıb deyinə-deyinə işinizlə məşğul olun!

Günel Həbib

O.M.