Daha bir jurnalist ANS-i tərk etdi

Daha bir jurnalist ANS-i tərk etdi

2 Noyabr 2015 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

ANS ÇM radiosunun baş redaktoru Kamran Mahmudov işdən ayrılıb. Jurnalist bunu sosial şəbəkədəki statusunda paylaşıb. K.Mahmudov yazıb ki, "ANS-dən ayrıldım. Bu gündən rəsmən işsizəm. Təklifləri açıq elan edirəm. Bir sözlə, təkliflərinizi göndərə bilərsiniz".

K.Mahmudov musavat.com-a açıqlamasında deyib ki, ANS-dən ayrılma səbəbləri barədə danışmaq istəmir. Jurnalist yeni iş təkliflərinə açıq olduğunu deyib.

K. Mahmudov 2004-2005-ci illərdə "İç xəbər" verilişinin aparıcısı və müxbiri, 2005-2010-də ANS ÇM-də radio-aparıcı işləyib. 2010-2015-ci illərdə isə o, müstəqil jurnalist kimi "Azadlıq" radiosunda fəaliyyət göstərib. Bu ilin iyun ayından isə K. Mahmudov ANS ÇM radiosunun baş redaktoru kimi çalışırdı.

Mediainfo.az