Hazırda tarixə şahidlik edirik

Hazırda tarixə şahidlik edirik

22 İyul 2011 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

NASA-nın sonuncu dəfə kosmosa göndərdiyi "Atlantis" gəmisi problemsiz yerə endi. 135-ci kosmos səyahətini gerçəkləşdirən "Atlantis" və 4 kosmonavt səhər yerli saatla 02.56-da Kennedi Kosmos Mərkəzinə endi. 13 günlük - 8.4 milyon km-lik yolçuluqdan sonra astronavtları pərəstişkar ordusu salamladı. "Atlantis"in dönüşü ilə NASA-nın 30 ildir həyata keçirdiyi insanlı kosmos proqramı sona çatdı. Bununla da 8 mindən artıq insanın işsiz qaldığı dövr başladı. 4-5 il müddətinə Beynəlxalq Kosmos Stansiyası astronavtlarını göndərmək üçün rus texnologiyalarından istifadə edəcək.

Mən də göyə qalxmaq istərdim. Amma yerə çırpılmaqdan qorxuram...

Günel Həbib

O.M.