
Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub, 7 sərnişin xəsarət alıb
Dünən saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər