Ərinin 90 min manatını oğurlayıb məşuquna verdi

Ərinin 90 min manatını oğurlayıb məşuquna verdi

29 Oktyabr 2015 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli-miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Nəsimi RPİ 20-ci PB və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90000 manat oğurlamış Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovanın həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib.

Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

Onlar Cinayət Məcəlləsinin 177.3.2 ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

Mediainfo.az