Müştərisi MTN-nin işçiləri olan "Narşərab" restoranı müştərisiz qalıb

Müştərisi MTN-nin işçiləri olan "Narşərab" restoranı müştərisiz qalıb

29 Oktyabr 2015 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Adı "MTN işi"ndə hallanan, müştərisi hər zaman nazir və generallar olan "Narşərab" restoranı müştərisiz qalıb. Belə ki, restoranın adı KİV-də sabiq MTN generallarının əsas görüş və planlaşdırma məntəqələrindən biri kimi çəkiləndən sonra "Narşərab" restoranına müştəri axını tamamilə dayanıb. Buna səbəb indiki həssas məqamda MTN-ə bağlı olmayan məmur və iş adamlarının belə bu restorana gəlməklə diqqəti özlərinə cəlb etmək istəməməsidir.

Hər zaman yüksək çinli müştəriləri ilə məşhur olan "Narşərab" restoranın bu gün yeganə "müştərisi" mühafizəçilərdir. Hansı ki, proseslərin gedişatı onların hələ uzun müddət adı dillər əzbəri olan restoranın yeganə müştərisi olaraq qalacağından xəbər verir. (moderator)

Mediainfo.az