Əl-Qaidə uşaqları tələyə salmaq istəyib

Əl-Qaidə uşaqları tələyə salmaq istəyib

22 İyul 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Yəmənin cənubunda düzənlənən əməliyyatda Əl-Qaidənin Ərəbistan yarımadasındakı qolunun "şefi" Ayed Əl Şabvani öldürüldü. Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Əl Şabvani Zincibar şəhərini ələ keçirtmək istəyərkən döyüşlərdə həlak olub. Onunla birlikdə qardaşı oğullarından biri də dünyasını dəyişib. İki tərəf arasındakı müharibədə 10 əsgər ölüb, 33-ü isə yaralanıb.

Bu arada onu da xəbər verək ki, keçmiş Əl-Qaidə üzvü "Disney" filmlərinə bənzəyən cizgi filmi ilə uşaqları tələyə salmaq istəyib. Saytda yerləşdirilən cizgi filmində "Ebu El Lait el Yemen" adlı təşkilatın bu film vasitəsilə uşaqlarda Qərbə qarşı nifrət oyatmaq mesajlarını açıq-aydın görmək mümkündür.

Görəsən, qərblilər cizgi filmlərində erotik mövzulara toxunarkən uşaqlara qarşı terror etmiş olmurlarmı?..

Günel Həbib

O.M.