
Ağdaşda ağır qəza
Ağdaş şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Şaiq Zinharovun idarə etdiyi "Mercedes" və Gəncə şəhər sakini Rəhman Əliyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillər toqquşub.
Nəticədə R.Əliyev və sərnişinləri Fəridə Zeynalova, Sabir Yusifzadə və qardaşı Hüseyn xəstəxanaya yerləşdirilib, R.Əliyev və Hüseyn orada ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər