
Mənzildən kişi meyiti tapılıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb.
FHN saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1953-cü il təvəllüdlü Yusifov Musa Nuru oğlunun cəsədini aşkar ediblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Mediainfo.az
Digər xəbərlər