Bu il zəvvarların çoxu türklərdən ibarət olacaq
Səudiyyə Ərəbistanı Həcc və Məkkə Milli Komitəsi başçısı Saad Cəmil Əl Kureşi ən çox Həcc müraciətinin bu il 963 min 868
adam ilə Türkiyədən edildiyini söylədi.
Yerli
qəzetə müsahibə verən Saad Cəmil türk vətəndaşlarının öncəki illərlə nisbətdə
artaraq, 370 min nəfərə çatdığını vurğulayıb. Ümumilikdə ziyarətçilərin sayı
25-30 faiz artıb. Yəmən və Suriyadan daha az zəvvarın olduğunu, Liviya və Tunisdən
isə heç olmadığı da müsahibəyə əlavə olunub. Bu bölgədəki otellər zəvvarları
qarşılamağa hazırdır. Çünki məkanlar aylıq ən az 1.4 milyon nəfərə xidmət
göstərə bilir. Məkkə üçün ölkəyə gələnlərin vizalarındakı çıxış tarixi 13
sentyabrdır. Düzdür, bu tarix dolsa da, bölgədən öz xoşları ilə ayrılmaq
istəməyənlər olur. Amma bu vəziyyət illər ötdükcə 0 dərəcəyə düşməkdədir.
Hər kəs hər kəsə bir tikə çörək verə bilər. Ancaq boğaz bağışlamaq yalnız Allahın işidir.
Günel Həbib
O.M.